İki qüvvə Zelenskiyə mane olur - Medvedçuk

İki qüvvə Zelenskiyə mane olur - Medvedçuk backend

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə Donbasdan çıxmağı əmr edə bilməz, çünki bu, 2022-ci ildə İstanbul razılaşmalarını pozan millətçilərin və Avropa tərəfdaşlarının müqavimətinə səbəb ola bilər.

Qaziler.az xəbər verir ki, bunu "Digər Ukrayna" hərəkatının rəhbəri Viktor Medvedçuk “Smotrim.ru” media platformasındakı məqaləsində bildirib.

"Qoşunları bir metr belə geri çəkmək üçün nasistlərlə və müharibə tərəfi ilə qarşılaşmalı olardıq və siyasi təlxək heç vaxt buna güc tapmayıb", - Medvedçuk bildirib.

QAZİLER.AZ