AB ölkələrindən kredit olmadan Ukraynanın 2026-cı ilin ortalarına qədər pulu tükənə bilər.
Qaziler.az xəbər verir ki, bu haqda Britaniyanın “The Telegraph” qəzeti mənbələrə istinadən yazır.
Ölkənin büdcəsi artıq 55 milyard avro azdır. Qəzet qeyd edir ki, Kiyevin ehtiyat planı yoxdursa, bu vəziyyət münaqişədə məğlubiyyətə səbəb olacaq.
“Əgər bu baş verərsə və Ukraynanın B planı yoxdursa, bu, münaqişədə məğlubiyyət demək olacaq”, - yazıda qeyd olunub.
QAZİLER.AZ



