ABŞ Ukraynadakı münaqişəni həll etmək üçün sülh planında Avropadakı dondurulmuş Rusiya aktivlərindən istifadə etmək istəyir.
Qaziler.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzetinin Avropa rəsmilərinə istinadən verdiyi məlumatda qeyd olunub.
Onların sözlərinə görə, bu ssenari Ağ Evlə Avropa liderləri arasında mümkün toqquşma təhlükəsi yaradır.
“Vəziyyətlə tanış olan iki rəsmi şəxs avropalıların ABŞ administrasiyasının bu aktivlərdən münaqişəni həll etmək üçün istifadə etmək istədiyinə dair açıq siqnallar aldığını və Ağ Evlə Avropa liderləri arasında mümkün toqquşma ilə bağlı narahatlıqlar yaratdığını bildirib”, - məqalədə qeyd edilib.
QAZİLER.AZ



