Tramp bu səhər Venesuelaya müharibə elan edə bilər - Karlson

Tramp bu səhər Venesuelaya müharibə elan edə bilər - Karlson backend

ABŞ prezidenti Donald Tramp Venesuelanın vəziyyəti haqqında çıxışı zamanı Venesuelaya müharibə elan edə bilər.

Qaziler.az “News.ru”ya istinadla xəbər verir ki, bu barədə amerikalı jurnalist Taker Karlson konqres üzvünə istinadən bildirib.

Onun sözlərinə görə, belə bir qərar qaçılmazdır.

“Dünən Konqres üzvlərinə müharibənin qaçılmaz olduğu və bu axşam saat 21:00-da prezidentin xalqa müraciətində elan ediləcəyi bildirilib. Yeri gəlmişkən, kim bilir, bu, həqiqətən baş verəcəkmi?! Konqres üzvlərinin biri bu barədə mənə bu səhər danışıb", - deyə Karlson bildirib.

QAZİLER.AZ