Almaniya Kansleri Fridrix Merts çoxmillətli qüvvələrin bir hissəsi olaraq Ukraynaya alman əsgərlərinin mümkün yerləşdirilməsi ilə bağlı suala cavab verməkdən yayınıb.
Qaziler.az xəbər verir ki, bu barədə o, ZDF televiziyasında çıxış edib.
Bundestaqın iclası zamanı parlament üzvü təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq qoşun göndərilməsi ilə bağlı suala "bəli" və ya "xeyr" cavabını verməsini istədikdə siyasətçi birbaşa cavabdan yayınıb. Merz bəzi suallara qəti cavab verilə bilməyəcəyini bildirib.
Kansler həmçinin mümkün hərbi yerləşmə mövzusunun mürəkkəb olduğunu və yalnız atəşkəsdən sonra müzakirə edilə biləcəyini, bunun isə Rusiya ilə razılaşdırılmalı olduğunu vurğulayıb.
QAZİLER.AZ



