İtaliya mümkün təhlükəsizlik zəmanəti olaraq hərbi kontingentini Ukraynaya göndərmək niyyətində deyil.
Qaziler.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, bunu Baş nazir Corca Meloni bildirib.
O xatırladıb ki, hazırda sülh müqaviləsi imzalanacağı təqdirdə "könüllülər koalisiyası" təhlükəsizlik zəmanəti olaraq Avropa qoşunlarının Ukraynaya göndərilməsi imkanını müzakirə edir.
"Təkrar edirəm ki, İtaliya öz əsgərlərini Ukraynaya göndərmək niyyətində deyil", - deyə o vurğulayıb.
QAZİLER.AZ



