Avropa İttifaqı Ukraynanın Rusiyanın dondurulmuş aktivlərindən istifadə edərək Kiyevə verməyi planlaşdırdığı kreditdən istifadəsinə ciddi qaydalar tətbiq etmək istəyir.
Qaziler.az “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, bu qaydalar Ukraynanın Amerika silahlarını almaq imkanını məhdudlaşdıra bilər.
Nəşrin məlumatına görə, kredit "Avropanı satın al" qaydasına tabe olacaq. Bu qaydaya əsasən, Rusiyanın dondurulmuş 210 milyard avrosunun yarıdan çoxu beş il ərzində Ukraynada yerləşən müdafiə şirkətlərinə, AB-yə və tərəfdaş ölkələrə gedəcək.
"Digər ölkələrin iştirakı məhdudlaşdırılacaq və ciddi şəkildə tənzimlənəcək ki, bu da Ukraynanın kreditdən Amerika istehsalı olan silahlar almaq üçün istifadə etmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq", - deyə nəşr yazır.
QAZİLER.AZ



