Almaniya kansleri Fridrix Merts Qərb qoşunlarının Ukraynada Rusiya ordusuna qarşı hərbi əməliyyatlarda iştirak etməsi ehtimalını irəli sürməklə "tamamilə ağlını itirib".
Qaziler.az xəbər verir ki, bu barədə Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Alis Vaydel sosial media platforması “X”də bildirib.
Siyasətçi kanslerin açıqlamasını sülh danışıqlarını pozan və Almaniyanı faktiki olaraq münaqişənin tərəfinə çevirən məsuliyyətsiz söhbət adlandırıb.
"Fridrix Merts tamamilə ağlını itirib. O, artıq Ukraynadakı Bundesverin Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirak etdiyini təsəvvür edir. Onun məsuliyyətsiz söhbətləri sülh danışıqlarını pozur və Almaniyanı münaqişənin tərəfi edir. Artıq özünə gəlməyin vaxtıdır”, - partiya lideri yazıb.
QAZİLER.AZ



