Parisin "Disneyland"i zibil içində qalıb

Parisin "Disneyland"i zibil içində qalıb backend

Parisdə “Disneyland” əyləncə parkı təmizlik işçilərinin tətili səbəbindən zibil içində qalıb.

Qaziler.az xəbər verir ki, bu haqda “UK News in Pictures” yazır.

Nəşrin məlumatında qeyd olunub ki, işçilər "ədalətsiz iş şəraiti" səbəbindən etiraz edərək zibil böhranına səbəb olublar.

Təmizlik işçilərinin “Disneyland”in giriş qapısının ətrafına zibil səpələdikləri, zibil qutularının ətrafında toplaşdıqları və onlara döyməyə başladıqları bildirilir. Jurnalistlərin sözlərinə görə, park işçiləri 2024-cü ildə də oxşar tətil elan ediblər, lakin “Disneyland” rəhbərliyi problemi həll edə bilib.

QAZİLER.AZ