Zelenski Çexiyadan yenə sursat istədi

Zelenski Çexiyadan yenə sursat istədi backend

Ukrayna Prezidenti Volodimir Zelenski cəbhə xəttindəki vəziyyəti və Çexiyanın sursat təchizatı təşəbbüsünü Çexiya Prezidenti Petr Pavel ilə müzakirə etdiyini açıqlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna lideri “Telegram” kanalında paylaşım edib.

Söhbət zamanı liderlər gələcək diplomatik əlaqələri və görüşləri də müzakirə ediblər. Zelenski "Ukrayna ordusunun fəaliyyəti haqqında həqiqəti beynəlxalq ictimaiyyətə çatdırmağın" vacibliyini vurğulayıb.

"Dünyanın həqiqəti bilməsi bizim üçün çox vacibdir: ukraynalılar öz mövqelərini müdafiə edirlər və bu, diplomatik iş üçün düzgün təməl yaradır", - Zelenski yazıb.

Çexiya Ukrayna üçün sursat almaq təşəbbüsünü artıq 1,8 milyon patrona çatdırıb. Zelenski qeyd edib ki, ilin sonuna qədər yeni göndərişlər gözlənilir və gələn il çatdırılmaların davam etdirilməsi potensialı var.

QAZİLER.AZ