Soyuq Müharibədən bəri ilk dəfə olaraq Polşa Rusiya və Belarusla şərq sərhədi boyunca yerləşdirməyi planlaşdırdığı piyada əleyhinə minalar istehsalına başlayacaq.
Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” ölkənin müdafiə nazirinin müavininə istinadən məlumat yayıb.
"Biz məhsulların mümkün qədər tez bir zamanda böyük miqdarda əldə edilməsində maraqlıyıq", - deyə müdafiə nazirinin müavini Pavel Zalevski “Reuters”ə bildirib.
O bildirib ki, bu tədbir Polşanın Belarus və Rusiyanın Kalininqrad vilayəti ilə sərhədlərini möhkəmləndirməyi hədəfləyən "Şərq qalxanı" müdafiə proqramının bir hissəsi olacaq.
Agentlik qeyd edir ki, Polşa sərhədində minalardan istifadə etmək üçün piyada əleyhinə minaların istifadəsini qadağan edən Ottava Müqaviləsindən çıxmağı planlaşdırır. Belə ki, ölkə avqust ayında çıxma prosesinə başlayıb, lakin hələlik rəsmi qərar verilməyib.
QAZİLER.AZ



