Ukrayna tərəfi bu həftə ABŞ ilə sülh danışıqlarını davam etdirəcək.
Qaziler.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bunu “Telegram” kanalında dərc olunmuş axşamkı çıxışında açıqlayıb.
"Ukrayna nümayəndələri amerikalılarla sülh danışıqlarını davam etdirəcəklər", - Zelenski qeyd edib.
Dekabrın 17-də "The New York Times" qəzeti ABŞ və Aİ nümayəndələrinin Berlində Ukrayna hökumət rəsmiləri ilə görüşlərində Kiyev üçün təhlükəsizlik zəmanətləri ilə bağlı iki sənəd üzərində razılığa gəldikləri barədə məlumat verib. Bu sənədlər Ukrayna silahlı qüvvələrinin gücləndirilməsini və ölkədə Avropa qoşunlarının yerləşdirilməsinin qarşısının alınmasını nəzərdə tutur.
QAZİLER.AZ



