ABŞ Rusiya əleyhinə sanksiyaları yumşaltdı

ABŞ Rusiya əleyhinə sanksiyaları  yumşaltdı backend

ABŞ Maliyyə Nazirliyi “Saxalin-2” layihəsi ilə əlaqəli əməliyyatları sanksiyalardan azad edən lisenziyanı 18 iyun 2026-cı ilə qədər uzadıb.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bundan əvvəlki lisenziya 19 dekabra qədər qüvvədə olub.

Sənədin "18 iyun 2026-cı il tarixində Şərq vaxtı ilə saat 00:01-ə qədər" qüvvədə olduğu göstərilib.

“Saxalin-2” hasilatın pay bölgüsü müqaviləsi çərçivəsində həyata keçirilən neft və qaz layihəsidir. Bu, Piltun-Astoxskoye və Lunskoye yataqlarının işlənməsini əhatə edir.

QAZİLER.AZ