“Əgər Avropa İttifaqı Ukraynaya kömək etmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etmək qərarına gələrsə, təkcə “Euroclear” sistemindəki vəsaitləri deyil, həm də digər Aİ ölkələrində dondurulmuş vəsaitləri müzakirə etməlidir”.
Qaziler.az “Politico”ya istinadla xəbər verir ki, bu fikirlər İtaliyanın Baş naziri Corca Meloniyə məxsusdur. Onun sözlərinə görə, məsələ ilə bağlı son qərarı Aİ liderləri verməlidir.
“Digər tərəfdaş ölkələrin maliyyə sistemlərində də dondurulmuş aktivlər olduğu halda, Rusiyanın dondurulmuş suveren aktivlərini saxlayan bir quruma, xüsusən də “Euroclear”a diqqət yetirmək qısamüddətli olardı”, - Meloni bildirib.
Bu arada, Macarıstanın Baş naziri Viktor Orban Rusiya aktivləri məsələsinin Brüsseldə keçiriləcək Aİ sammitinin gündəliyində olmayacağını bildirib. Tədbir 18-19 dekabr tarixlərinə planlaşdırılıb.
QAZİLER.AZ



