1 yanvar 2016-cı il tarixindən etibarən Qazaxıstanın internet istifadəçilərindən kompüter və mobil qurğularda "milli təhlükəsizlik sertifikatı"nı quraşdırmaq tələb olunacaq.
İKT.lent.az-ın "Telekomza"ya istinadən xəbərinə görə, bu barədə "Kazaxtelekom" operatorunun bəyanatında bildirilir.
Bu sertifikatın quraşdırılması nəticəsində dövlət hər bir kompüterdə düşünülərək yaradılmış boşluq vasitəsilə bütün trafiki, brauzerin tarixçəsini, hətta loqin və parolları əldə etmək imkanına malik olacaq.
Bu sertifikatlar adətən etibarlı şirkətlər tərəfindən qurulur və internet qoşulmanın dinlənilməyəcəyinə dair zəmanət verilir. Amma istifadəçinin qurğusuna zərərli sertifikat quraşdırıldığı halda, o, geniş imkanlara malik "Troya atı" kimi fəaliyyət göstərə bilər.
Qeyd edək ki, Qazaxıstan internetin azad olmadığı ölkələr sırasında yer alıb.