Çinin Nanyan şəhərində 15 yaşlı Oqava adlı oğlan 18 mərtəbədən yıxılıb və sağ qalıb.
Qaziler.az-ın aif.ru-ya istinadən verdiyi məlumata görə, o, təsadüfən damın üstündən sürüşüb.
Oğlanın "tanıdığı dam"a çıxdığını, iki siqaret çəkdiyini, lakin qəfildən suyun üzərindən sürüşüb yıxıldığını müəyyən ediblər.
"Oqava aşağıdakı yaşıllıqların üzərinə yıxılıb. Əgər 10 santimetr digər tərəfə sürüşsəydi, mütləq öləcəkdi", - deyə məlumatda bildirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları onun sağ qalmasını əsl möcüzə adlandırıblar.
Oğlanı ilk olaraq yeddinci sinif şagirdi aşkar edib və o, dərhal təcili yardım xidmətlərinə zəng edib. Onlar onu kolların arasından xilas edib və xəstəxanaya yerləşdiriblər. Oqava 13 gün komada qalıb.
Nəşrin məlumatına görə, oğlan hazırda reabilitasiya mərhələsindədir. Ailəsi artıq onun sağalması üçün 240.000 yuan xərcləyib; Oqava plastik əməliyyat da daxil olmaqla bir neçə əməliyyat keçirib.
QAZİLER.AZ



