16 dekabr çərşənbə axşamı, saat 3:00 radələrində Slovakiyada Ukrayna qeydiyyatlı avtobus yol qəzasına düşüb. Əlverişsiz hava şəraiti səbəbindən avtobus yoldan çıxaraq aşıb və sərnişinlərin xəsarət almasına səbəb olub.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti "RBC-Ukrayna"ya məlumat verib.
Ukraynanın Slovakiyadakı səfirliyinin konsulunun sözlərinə görə, qəza D1 magistral yolunda Bratislavaya doğru hərəkət edəndə baş verib. Avtobusda 10 sərnişin və iki sürücü olub, hamısı Ukrayna vətəndaşıdır.
Əlverişsiz hava şəraiti səbəbindən avtobus yoldan çıxaraq aşıb.
Təcili yardım xidmətləri tez bir zamanda hadisə yerinə gəlib.
QAZİLER.AZ



