Almaniya Polşadakı hava hücumundan müdafiə missiyasının başa çatdığını elan etdi və artıq Patriot sistemlərini geri çəkib. Eyni zamanda, Berlin NATO-nun şərq cinahını müdafiə etmək üçün davamlı dəstək göstərəcəyinə söz verib.
Qaziler.az bildirir ki, bu barədə "Sky News" məlumat yayıb.
Almaniya Müdafiə Nazirliyi hava və raket müdafiəsi üzrə xüsusi təyinatlı qrupunun əsgərlərinin Polşadakı missiyasını başa vurduğunu açıqlayıb. Həmçinin, Patriot hava hücumundan müdafiə sistemlərinin Almaniyaya geri daşındığını da bildirib.
Eyni zamanda, nazirlik NATO-nun şərq cinahına dəstəyin dəyişməz qalacağını vurğulayıb.
QAZİLER.AZ



