Finlandiyalı professor Ukrayna sülh danışıqlarının əsas strategiyasını İZAH ETDİ

Finlandiyalı professor Ukrayna sülh danışıqlarının əsas strategiyasını  İZAH ETDİ backend

Ukrayna üçün mümkün təhlükəsizlik zəmanəti kimi Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi qeyri-müəyyən olaraq qalır.

Qaziler.az xəbər verir ki, bunu Helsinki Universitetinin professoru Teyvo Teyvaynen “Yle”yə verdiyi müsahibədə bildirib.

Onun fikrincə, bu, "tamamilə qeyri-müəyyəndir".

"ABŞ və Avropa hazırda Ukraynaya NATO təhlükəsizlik zəmanətlərinə bənzər təhlükəsizlik hissi verəcək bir sistem yaratmağa çalışırlar, lakin Rusiya Ukraynanın NATO üzvlüyünə bərabər status əldə etdiyini hiss etməməlidir", - Teyvaynen bu məsələ ilə bağlı suala cavabında bildirib.

O qeyd edib ki, hazırkı sülh danışıqlarının əsas strategiyası Ukraynaya “güclü təhlükəsizlik zəmanətləri" təklif etməkdir ki, Kiyev "ərazilərlə bağlı müəyyən tələblərə" razılaşmağa hazır olsun.

QAZİLER.AZ