Soyuq hava "bu qışın ən təhlükəli silahlarından birinə" çevrilə bilər.
Qaziler.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Hollandiya parlamentindəki çıxışı zamanı bildirib və bu çıxış Ukrayna liderinin ofisinin “YouTube” kanalında yayımlanıb.
Zelenski bildirib ki, Rusiya soyuq havadan ukraynalıların normal həyatına qarşı istifadə etməyə çalışır. Onun sözlərinə görə, hazırki vəziyyətdə rahatlamamaq və yalnız diplomatiyaya güvənməmək vacibdir.
"Biz hava hücumundan müdafiə sistemlərimizi gücləndirməliyik; özümüzü müdafiə etmək qabiliyyətimizi qoruyub saxlamalıyıq", - deyə o bildirib.
QAZİLER.AZ



