ABŞ Prezidentinin elçiləri Stiv Uitkoff və Ağ Ev liderinin kürəkəni Cared Kuşner Ukrayna münaqişəsinin həlli üçün ABŞ planını daha ətraflı müzakirə etmək məqsədilə Rusiyaya səfər etməyə hazırdırlar.
Qaziler.az xəbər verir ki, bu haqda CNN ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
"Lazım gələrsə, Uitkoff və Kuşner əlavə müzakirələr üçün Rusiyaya səfər etməyə hazırdırlar", - ABŞ rəsmilərindən biri bildirib.
Rəsmi mənbəyə görə, Rusiya və Ukrayna tezliklə "nəhayət razılaşma əldə edilib-edilməyəcəyinə qərar verməlidirlər".
CNN-in məlumatına görə, ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Rusiya Berlin danışıqları zamanı Ukrayna üçün hazırlanmış təhlükəsizlik zəmanətlərini qəbul edə bilər və həmçinin Ukraynanın Avropa Birliyinə daxil olmasına razıdır.
QAZİLER.AZ



