Ukrayna AB-yə və ya NATO-ya üzv olmamalıdır...

Ukrayna AB-yə və ya NATO-ya üzv olmamalıdır... backend

"Ukrayna Avropa Birliyinə və ya NATO-ya qoşulmamalıdır və Niderland Kiyevə deyil, öz xalqına milyardlarla pul xərcləməlidir".

Qaziler.az xəbər verir ki, bu barədə Hollandiyanın ifrat sağçı Azadlıq Partiyasının lideri Qert Vilders sosial media platforması “X”də bildirib.

"Biz (Ukrayna Prezidenti Vladimir) Zelenskini Nümayəndələr Palatasında (Niderland parlamentinin aşağı palatası - red.) görməyimizə şadıq, amma Ukrayna heç bir halda Avropa Birliyinin və ya NATO-nun üzvü olmamalıdır", - deyə o yazıb.

Vilders vurğulayıb ki, indi Ukraynaya maliyyə dəstəyi göstərmək növbəsi digər ölkələrə məxsusdur.

"Niderland artıq inanılmaz miqdarda milyardlarla vəsait ayırıb", - deyə siyasətçi qeyd edib.

QAZİLER.AZ