Zelenski Moldova prezidenti Maya Sandu ilə görüşüb

Zelenski Moldova prezidenti Maya Sandu ilə görüşüb backend

Ukrayna Prezidenti Volodimir Zelenski Hollandiyanın Haaqa şəhərində Moldova Prezidenti Maya Sandu ilə görüşüb.

Qaziler.az xəbər verir ki, Ukrayna lideri bu barədə özünün teleqram kanalında məlumat verib.

"Dəstək və əməkdaşlıq etmək istəyi üçün Moldovaya təşəkkür edirəm", - Zelenski yazıb.

Siyasətçi qeyd edib ki, o və həmkarı mümkün tərəfdaşlıq sahələrini müzakirə ediblər və gələcək əlaqələr barədə razılığa gəliblər.

Bundan əlavə, Zelenski Sandu ilə Ukraynadakı münaqişənin həlli səyləri, təhlükəsizlik zəmanətlərinin verilməsi və hər iki ölkənin Avropa İttifaqına potensial qoşulması barədə danışıb.

QAZİLER.AZ