“Afrika istiqaməti Rusiya üçün strateji xarakter daşıyır və əsas xarici siyasət prioritetidir”.
Qaziler.az xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Rusiyalı nazir qeyd edib ki, bu prioritet təkcə regionun "gələcəyin qitəsi" kimi ümumi qəbul edilmiş anlayışla əlaqəli deyil.
“Bu istiqamət şübhəsiz ki, bizim üçün strateji xarakter daşıyır. Bu, bizim əsas xarici siyasət prioritetlərimizdən biridir və Afrikanın gələcəyin qitəsi olduğu üçün deyil”, - Lavrov deyib.
Onun sözlərinə görə, Afrika fəal şəkildə beynəlxalq münasibətlərin yaranmaqda olan çoxqütblü sisteminin əsas sütunlarından birinə çevrilir. Lavrov vurğulayıb ki, Afrika dövlətlərinin rolu qlobal siyasətdə və qlobal iqtisadiyyatda durmadan artacaq.
QAZİLER.AZ



