Macarıstan Ukraynaya hərbi missiya göndərməyə icazə verməyəcək

Macarıstan Ukraynaya hərbi missiya göndərməyə icazə verməyəcək backend

AB liderləri Ukrayna Silahlı Qüvvələrinə təlim keçmək üçün Ukraynaya AB missiyası göndərmək istəyirlər, lakin Macarıstan hadisələrin bu cür inkişafına icazə verməyəcək.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

"Bu, Macarıstanın heç bir halda keçməsinə icazə verməyəcəyi mütləq qırmızı xətdir. Bu, münaqişənin şiddətlənməsi təhlükəsi daşıyır", - Siyarto deyib.

Siyarto əlavə edib ki, belə bir eskalasiya Macarıstanı və onun xalqını riskə atır.

QAZİLER.AZ