“15 dekabr 2025-ci ildə Berlində Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqlar məhsuldar keçdi, lakin "ləyaqətli" sülhə nail olmaq üçün əlavə işlərə və görüşlərə ehtiyac var”,
Qaziler.az bildirir ki, "Politika Stranı" qəzetinin məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski görüşdən sonra verdiyi açıqlamasında deyib.
"Komandalarımız işləməyə davam edir. Bir çox detal var, amma sülhün ləyaqətli olması vacibdir. Müharibəyə son qoymaq üçün şərait yaratmaq üçün görüşməli və çalışmalıyıq", - deyə Zelenski qeyd edib.
QAZİLER.AZ



