Zelenski qoşunları Donbasdan çıxarmaq təklifinə "yox" demədi - "Reuters"

Zelenski qoşunları Donbasdan çıxarmaq təklifinə "yox" demədi - "Reuters" backend

Berlində keçirilən danışıqlarda ABŞ nümayəndə heyəti Ukrayna prezidenti Volodimir Zelenskiyə sülh müqaviləsinin bir hissəsi olaraq Donbasdan qoşunları çıxarmağa razılaşmasını təklif edib.

Qaziler.az bu barədə “Reuters”ə istinadla xəbər verir.

Nəşrin mənbəyinə görə, Zelenski qəti "yox" cavabı deməyib, lakin əlavə müzakirələr tələb edib. Ukrayna lideri ABŞ administrasiyası ilə münasibətlərində çeviklik və mülayimlik göstərməklə "Ukrayna xalqının rədd edəcəyi güzəştlərdən qaçmaq" arasında balans saxlayır.

“Berlində əsas müzakirə mövzuları ərazi məsələsi və Ukraynanın NATO-ya üzvlüyü olub”, - nəşr qeyd edib.

Qeyd edək ki, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar 14-15 dekabr tarixlərində Berlində baş tutub. ABŞ nümayəndə heyətini ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkov və Donald Trampın kürəkəni Cared Kuşner təmsil edib. Görüşlərdən sonra Zelenski danışıqların məhsuldar olduğunu, lakin "ləyaqətli" sülhə nail olmaq üçün daha çox işin görülməli olduğunu bildirib.

QAZİLER.AZ