"Bu məsələdə Ukraynaya da güzəşt yoxdur" - Kaya Kallas

"Bu məsələdə Ukraynaya da güzəşt yoxdur" - Kaya Kallas backend

Ukraynanın Avropa İttifaqına qoşulması sülh müqaviləsinə əsasən baş verə bilməz, çünki o, bloka qoşulmaq üçün şərtləri yerinə yetirməlidir.

Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bu fikirləri Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

Kallas qeyd edib ki, AB-yə qoşulma yalnız ləyaqətə əsaslanmalıdır.

"Biz bu barədə Ukrayna, Moldova və bütün namizəd ölkələrlə danışmışıq: Ukrayna da daxil olmaqla, heç bir güzəşt yoxdur", - Aİ-nin ali nümayəndəsi bildirib.

Eyni zamanda, Kallas hesab edir ki, ABŞ-nin Ukraynanın AB-yə qoşulmaq üçün göstərdiyi səy AB-ni mahiyyəti üzrə açıq danışıqlara sövq edə bilər.

QAZİLER.AZ