Tailand Kambocanın yaşayış məntəqələri üzərinə toksik qaz yayıb

Tailand Kambocanın yaşayış məntəqələri üzərinə toksik qaz yayıb backend

Dekabrın 15-də Tailand hərbçiləri pilotsuz uçuş aparatları vasitəsilə Kambocanın yaşayış məntəqələri üzərinə toksik qaz yayıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu bəyanatı Kambocanın Milli Müdafiə Nazirliyi yayıb.

“Tailand qoşunları Sanqkum Tmey və Ek Pxap kəndləri və Pursat əyalətinin Vel Veenq rayonunun Txma Da qəsəbəsi üzərinə külli miqdarda toksik qaz yaymaq üçün pilotsuz uçuş aparatlarından istifadə edib”,- deyə qurumun bəyanatında bildirilib

Qeyd edək ki, ötən həftəsonundan etibarən Tailand-Kamboca sərhədində vəziyyət yenidən gərginləşib. Tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.