Daha bir ölkə Rusiya təhdidinə görə NATO-ya qoşulmaq istəyir

Daha bir ölkə Rusiya təhdidinə görə NATO-ya qoşulmaq istəyir backend

İrlandiya, hava məkanında göründüyü iddia edilən bir neçə Rusiya pilotsuz uçuş aparatlarına (PUA) görə NATO-ya qoşulmağı düşünür.

Qaziler.az bildirir ki, bu barədə "Euractiv" portalı məlumat yayıb.

"Bu fonda İrlandiyanın neytrallığı və NATO-ya qoşulmağın məqsədəuyğunluğu ilə bağlı müzakirələr qızışıb. Sorğulara görə, irlandların təxminən üçdə biri bu ideyanı dəstəkləyir, digər üçdə biri isə qərarsızdır", - məlumatda deyilir.

Qeyd olunur ki, Avro-Atlantik strukturlarına inteqrasiyanın əsas əleyhdarları Rusiya ilə münasibətlərin normallaşdırılmasını tələb edən solçu "Şinn Feyn" partiyasıdır.

QAZİLER.AZ