Rusiyanın Ukraynaya qarşı müharibəsinə tammiqyaslı işğalın ildönümünə - 24 fevrala qədər son qoymaq simvolik və məqsədəuyğun olardı.
Qaziler.az bildirir ki, "RBC-Ukrayna"nın məlumatına görə, bunu Çexiyanın yeni Baş naziri Andrey Babiş deyib.
Babişin sözlərinə görə, sülh danışıqlarında iştirak edən ölkələrin liderləri aydın bir məqsəd qoymalıdır: müharibəyə son qoymaq və bütün tərəflər üçün təhlükəsizliyi təmin etmək üçün razılığa gəlmək.
"Cənab Donald Tramp, Emmanuel Makron, Fridrix Merts, Kir Starmer, Volodimir Zelenski və Vladimir Putin atəşkəsə razılaşsalar və Putinin Ukraynaya qarşı təcavüzünün bu kədərli ildönümündə müharibəyə son qoymaq məqsədini qoysalar, yaxşı olardı", - Çexiya Baş naziri vurğulayıb.
O, tərəflərin yalnız 2022-ci ildən bəri tammiqyaslı formatda davam edən müharibə haqqında deyil, sülh haqqında da danışmağa başlamalı olduqlarını vurğulayıb.
QAZİLER.AZ



