Bondi çimərliyindəki terror hücumundan sonra Sidneydəki müsəlman qəbiristanlığında donuz başları tapılıb.
Qaziler.az bildirir ki, bu barədə "Daily Mail" 15 dekabr tarixində xəbər yayıb.
Təxribat Sidney müsəlman liderlərinin atışmanı həyata keçirən terrorçuları dəfn etməkdən imtina edəcəkləri barədə açıqlamaları fonunda baş verib.
Qeyd olunub ki, icma onları İslam tərəfdarı hesab etmir.
Sidneydəki müsəlman icmasının nümayəndəsi Əhməd Hraçi Kamdendəki Narellan qəbiristanlığında baş verən hadisəni mənasız və nifrətə çağırış adlandırıb.
QAZİLER.AZ



