“5G” rabitə texnologiyas 2020-ci ilədək ı istifadəyə veriləcək

“5G” rabitə texnologiyas 2020-ci ilədək ı istifadəyə veriləcək backend

“5G” texnologiyası üzrə ilk rabitə şəbəkələri 2020-ci ildən tez istifadəyə verilməyəcək, onlara uyğun mobil qurğular bir il sonra peyda olacaq. Bu halda beşinci nəsil rabitə şəbəkələrində rabitənin keyfiyyət parametrləri “LTE” şəbəkələrinin müvafiq göstəricilərini bir neçə dəfə ötməlidir. Lent.az-ın "ICTnews"-a istinadən verdiyi xəbərə görə, belə fikirlə Moskvada “TelecomDaily” “dəyirmi masa”sının iştirakçıları çıxış ediblər.

“Ericsson” şirkətinin "Şimali Avropa və Mərkəzi Asiya" regionunda mobil genişzolaqlı çıxış üçün həllərin işlənməsi üzrə aparıcı eksperti Bo Brandın fikrincə, beşinci nəsil rabitə şəbəkələri ötürülən məlumatların həcminin 1000 dəfə, internetə qoşulan qurğuların sayının 10-100 dəfə, bir abunəçiyə düşən trafikin 10-100 dəfə artımı, həmçinin batareyanın daha uzunmüddətli işləməsi ilə xarakterizə olunacaq. Bu halda “5G” texnologiyası geniş tezlik diapazonundan (10 QHs-dən 100 QHs-dək) istifadə edə bilər – Bo Brand bildirib.
"5G texnologiyasının tətbiqi – bu, böyük partlayış nəzəriyyəsi və inqilab deyil. Bu, qəflətən baş verən hadisə deyil – “Ericsson”un nümayəndəsi vurğulayıb. – Bu, uzunmüddətli prosesdir".

“Ericsson” şirkətinin "Şimali Avropa və Mərkəzi Asiya" regionunda mobil genişzolaqlı çıxış üçün həllərin işlənməsi üzrə departamentin direktoru Andrey Babiy deyib ki, “LTE” texnologiyası “3G”-nin davamı olduğu kimi “5G” texnologiyası “4G”-nin məntiqli davamı olacaq. Andrey Babiyin fikrincə, “5G” rabitə şəbəkələrində akkumulyatora malik bütün qurğular işləyəcək, amma eyni zamanda bu cihazların təhlükəsizliyinə olan tələblər artırılacaq.

“Nokia Networks”in radiotexnologiyalar üzrə eksperti Lidiya Varukina bildirib ki, “Nokia” şirkətinin “5G” ilə bağlı fikirləri “Ericsson”la üst-üstə düşür. O, yeni şəbəkənin xüsusiyyətləri arasında yüksək keçirtmə qabiliyyətini, az sayda imtina, xeyli xidmət göstərilən abunəçi terminalını göstərib.

Beynəlxalq Telekommunikasiya İttifaqında (BTİ) bu məsələ, həmçinin müzakirə edilir, adıçəkilən qurumda “5G” texnologiyası “IMT-2020” kimi qeyd olunur. BTİ məlumatların yüksək sürətlə ötürülməsini “5G” rabitə şəbəkələrinin əsas xüsusiyyətlərindən biri adlandırır, amma başqa tələblər (internetə qoşulan qurğuların sayı, trafikin həcmi, enerji-effektivliyi) də var. Nəhayət, 2020-ci ilin sonunadək BTİ sözügedən standartın spesifikasiyasını təsvir edəcək tövsiyə xarakterli sənəd buraxmağı planlaşdırır.
Diaspora