Hollivud rejissoru Rob Reyner və həyat yoldaşı Mişel Reynerin qətlində onların oğlu şübhəli bilinir.
Qaziler.az bildirir ki, bu barədə People jurnalı yazıb.
Nəşr bildirib ki, "Ailə üzvləri ilə danışan bir çox mənbəyə görə, Rob Reyner və həyat yoldaşı Mişel Singer Reyner oğulları Nik tərəfindən qətlə yetirilib".
Jurnal qeyd edir ki, Nik uzun müddətdir narkotik asılılığı ilə mübarizə aparırdı. Lakin polis hələlik Reynerin oğlunun rejissorun qətlində mümkün iştirakını təsdiqləməyib. Rəsmi ittiham irəli sürülməyib.
Qeyd edək ki, Rob Reyner və həyat yoldaşı Mişel Reynerin cansız bədənləri bu gün mənzillərində qohumları tərəfindən aşkar edilib.



