Amerikalı rejissor Rob Reyner və həyat yoldaşı Mişel Reyner Los-Ancelesdəki evlərində ölü tapılıblar.
Qaziler.az bildirir ki, CNN bu barədə 15 dekabrda məlumat verib.
Cütlüyün cəsədləri evlərinə gələn qohumu tərəfindən aşkar edilib. Los-Anceles Polis idarəsinin detektivləri hazırda Reynerlərin evində şübhəli qətl hadisəsini araşdırırlar.
Reyner 1947-ci ildə anadan olub. 1968-ci ildə ssenarist kimi karyerasına başlayıb və rejissor kimi kinoda fəaliyyətini davam etdirib. Reyner "Şahzadə gəlin", "Harri Salli ilə görüşəndə", "Mənimlə qal", "Bu, Spinal Tapdır" və "Bir neçə yaxşı oğlan" trillerləri ilə tanınır. O, həmçinin "Uoll Strit canavarı" filmində baş qəhrəmanın atasını canlandırıb.
Qaziler



