Şri-Lanka Rusiya neftinin öz ərazisinə fasiləsiz tədarükünün təmin edilməsi üçün Rusiya ilə danışıqlar aparır.
Qaziler.az bildirir ki, RBC-Ukraynanın məlumatına görə, bu barədə Şri-Lankanın Rusiyadakı səfiri Şobini Qunasekera TASS-a verdiyi müsahibədə bildirib.
Diplomatın sözlərinə görə, Şri-Lanka Dövlət Neft Korporasiyası Rusiya enerji ehtiyatlarının sabit istifadəsini təmin etmək üçün təkcə xam neft tədarükünü deyil, həm də mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü və neft emalı zavodlarının modernləşdirilməsini müzakirə edir.
"Hələlik heç bir müqavilə imzalanmayıb, lakin danışıqlar davam edir. Biz bununla bağlı təklif təqdim etmişik", - deyə Qunasekera qeyd edib.
QAZİLER.AZ



