Ukrayna Prezidenti Volodimir Zelenski Berlində ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşner ilə görüşə başlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna lideri özü sosial media hesablarında məlumat yayıb.
Görüşün əsas mövzusu ABŞ-nin sülh planıdır.
Ukrayna tərəfində danışıqlarda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov da iştirak edir. Görüşə Almaniya kansleri Fridrix Merts də qatılıb.



