Obama: “Terror qurbanlarının çoxu müsəlmanlardır”

Obama: “Terror qurbanlarının çoxu müsəlmanlardır” backend

Terrorla mübarizədə uğur qazanmaq istəyiriksə, müsəlmanlarla müttəfiq olmalıyıq. Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Barak Obama Ağ Evdə çıxışında deyib. Obamanın sözlərinə görə, islam dini ilə İŞİD-i qarışdırmaq olmaz:


“İŞİD islam dini adına danışmır. Terrorla islam dinini qarşıdırmayın. Onlar quldur, qatil və ölüm təriqətçiləridir. Terrorla mübarizədə uğur qazanmaq istəyiriksə, müsəlmanlarla müttəfiq olmalıyıq. Onları çıxdaş edib nifrətlə qarşılamamalıyıq. Dünyada terror qurbanlarının əksəriyyəti elə müsəlmanlardır. Bu, gerçək bir problemdir. İŞİD və ya Əl Qaidə kimi təşkilatların yaydığı nifrət dolu ideologiyaya qarşı buradakı və dünyadakı bütün müsəlman liderlərinin yardımına ehtiyacımız var”.
Diaspora