Tailand komendant saatı tətbiq edib

Tailand komendant saatı tətbiq edib backend

Tailand Kamboca ilə sərhəddə döyüş əməliyyatlarının genişlənməsi səbəbindən sahil boyunca komendant saatı elan edib.

Bu barədə "Reuters" məlumat yayıb.

Komendant saatı Kamboca ilə döyüşlərin mübahisəli sərhəd bölgəsinin sahil ərazilərinə yayılması səbəbindən dekabrın 14-də Tailandın Trat vilayətində tətbiq olunub.

"Kamboca şənbə günü yenidən atəşkəsə hazır olduğunu təsdiqlədikdən sonra toqquşmalar fasiləsiz davam edir", – deyə Tailand Müdafiə Nazirliyinin nümayəndəsi Surasant Konqsiri Banqkokda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Tailand diplomatik həll yoluna açıqdır, lakin Kamboca danışıqlara başlamazdan əvvəl düşmənçilik hərəkətlərini dayandırmalıdır.

Komendant saatı Tailandın Trat əyalətində Kambocanın Kohkonq əyaləti ilə həmsərhəd olan beş rayonu əhatə edir. Bundan əvvəl komendant saatı Şərqi Sakeo əyalətində tətbiq olunmuşdu və hələ də qüvvədədir.