ABŞ Ruandanın KDR-də sülh sazişini pozduğunu bildirib

ABŞ Ruandanın KDR-də sülh sazişini pozduğunu bildirib backend

Ruanda qonşu Konqo Demokratik Respublikasına (KDR) qarşı Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış sülh sazişini pozur.

 

Trend xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində məlumat yayıb.

 

Rubio bildirib ki, "Konqo Demokratik Respublikasının şərq hissəsində Ruandanın atdığı addımlar Prezident Trampın Vaşinqtonda imzaladığı müqavilənin açıq şəkildə pozulmasıdır və ABŞ Prezidentə verilən vədlərin yerinə yetirilməsini təmin etmək üçün tədbirlər görəcək".

 

Konqo daha əvvəl bəyan edib ki, Ruandanın dəstəyi ilə "23 mart Hərəkatı" (M23) qruplaşmasının üsyançıları tərəfindən ölkənin şərqindəki Uvira şəhərinin zəbt olunması Vaşinqtonda imzalanmış sülh sazişinə ziddir. Konqo səlahiyyətliləri razılaşmalara riayət etməyə sadiq olduqlarını, lakin ölkənin təhlükəsizliyi, əhalinin qorunması və ərazi bütövlüyü ilə bağlı hüquqlarından heç vaxt imtina etməyəcəklərini vurğulayıblar.

 

Xatırladaq ki, KDR Prezidenti Feliks Çisekedi və Ruanda lideri Pol Kaqame dekabrın 4-də ABŞ-nin paytaxtı Vaşinqtonda sülh müqaviləsi imzalayıblar.