Putin İraq prezidentini dönə-dönə Rusiyaya dəvət etdi

Putin İraq prezidentini dönə-dönə Rusiyaya dəvət etdi backend

Aşqabad Sülh Forumunda İraq lideri Əbdül Lətif Rəşidlə danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putin onu Rusiyada görməkdən məmnun olacağını bildirib.

Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.

"Hörmətli cənab Prezident! Biz artıq bu məsələni müzakirə etmişik. Sizin Rusiyaya dəvətiniz var və biz sizin üçün əlverişli olan istənilən vaxtda sizi görməkdən həmişə məmnun olacağıq. Biz bunu Xarici İşlər Nazirliyi ilə əlaqələndirəcəyik", - deyə Putin bildirib.

Putin həmçinin vurğulayıb ki, o, İraq prezidenti ilə həmişə zəngləşib onları narahat edən məsələləri müzakirə etməyə hazırdır.

Danışıqların sonunda Rusiya lideri bir daha İraq prezidentinə Rusiyaya dəvəti xatırladıb.

"Sizi Rusiyada görməkdən məmnun olacağıq. Bir daha vurğulamaq istərdim ki, biz bunu rəsmi dəvət hesab edəcəyik", - deyə Putin yekunlaşdırıb.

QAZİLER.AZ