"Avropa, ABŞ və Ukrayna Milad bayramına qədər münaqişənin müəyyən bir həllinə nail olmağa çalışırlar".
Qaziler.az RİA “Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Finlandiya prezidenti Aleksandr Stubb bildirib.
"Son dörd il ərzində indi sülhə və ya yekun nəticəyə daha çox yaxınıq", - Stubb bildirib.
Daha əvvəl Stubb Avropa Birliyinin Rusiya ilə "müəyyən bir məqamda" danışıqlara başlayacağı ehtimalını istisna etmirdi.
QAZİLER.AZ



