Türkiyə Somali sahillərində kosmik limanın tikintisinə başlayıb

Türkiyə Somali sahillərində kosmik limanın tikintisinə başlayıb backend

Türkiyə milli kosmik proqramını dəstəkləmək üçün Somalidə kosmik limanın tikintisi üzrə iddialı layihənin həyata keçirilməsinə başlayıb.

Qaziler.az "Turkiye Today"ə istinadən bildirir ki, bu barədə "Baykar"ın Direktorlar Şurasının sədri Səlçuk Bayraktar məlumat verib.

"Adətən, kosmik limanın buraxılış vasitələrini idarə etmək üçün okeanın yaxınlığında yerləşməsi lazımdır. Türkiyənin Somalidə 30x30 kilometr ölçüsündə belə bir sahəsi var. Dünyada cəmi 12 belə sahə var. Ölkə artıq Somalidə kosmik limanın tikintisinə başlayıb", - deyə Bayraktar İstanbulda keçirilən "Take Off" texnologiya forumunda bildirib.

Onun sözlərinə görə, Ankara peyk və naviqasiya texnologiyalarının inkişafına, xüsusən də “Uluq Bəy” kimi tanınan qlobal yerləşdirmə sisteminin yaradılması layihəsinin həyata keçirilməsinə böyük diqqət yetirir.

QAZİLER.AZ