ABŞ hökuməti özəl sektoru ölkənin haker düşmənlərinin hücumlarına qarşı cəlb etmək və şirkətlərə əvvəllər kəşfiyyat orqanları üçün ayrılmış səlahiyyətlər vermək istəyir.
Qaziler.az xəbər verir ki, “Bloomberg” bu barədə öz mənbələrinə istinadən məlumat yayıb.
“Mövzu ilə tanış olan insanların sözlərinə görə, ABŞ prezidenti Donald Trampın administrasiyası xarici düşmənlərin kiber hücumlarına qarşı əməliyyatların aparılmasına kömək etmək üçün özəl müəssisələri cəlb etməyə hazırlaşır", - deyə müxbirlər yazır.
Nəşrin məlumatına görə, ABŞ bu planı ilin sonuna qədər təqdim edilməsi planlaşdırılan yeni kibertəhlükəsizlik strategiyasında elan etmək niyyətindədir. Layihə sənədi ilə tanış olan mənbələr qeyd ediblər ki, sənəddə Ağ Evin onlayn əməliyyatlar aparmaq üçün şirkətlərlə necə işləmək niyyətində olduğu ətraflı göstərilməyib.
QAZİLER.AZ



