İtaliyada dekabrın 12-də İtaliya Ümumi Əmək Konfederasiyası (İƏK) tərəfindən başladılan ümumi etiraz aksiyası başladılıb. Etiraz 2026-cı il dövlət büdcəsi layihəsinə qarşıdır.
Qaziler.az xəbər verir ki, bu barədə “İnterfaks” yerli mediaya istinadən məlumat yayıb.
Etirazlar nəticəsində bəzi şəhərlərdə ictimai nəqliyyat və qatarlar dayandırılıb. Neapol və Milanda bir neçə metro xətti bağlanıb. Həmçinin regionlardakı məktəblər də bağlanıb və minlərlə insan küçələrdə nümayişə qoşulub.
İtaliya həmkarlar ittifaqları səhiyyə, təhsil və nəqliyyat kimi əsas sektorlar üçün maliyyə çatışmazlığından narazılıqlarını bildirirlər. Onlar daha yüksək əmək haqqı və sosial təminatın yaxşılaşdırılmasını tələb edirlər. Həmkarlar ittifaqı lideri Mauritsio Landiniyə görə, ölkədəki vəziyyət "ədalətsiz və əsassız" dövlət büdcəsi səbəbindən etirazları alovlandırır.
QAZİLER.AZ



