Avstraliyanın “Qantas” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qanadında ciddi zədələnmə ilə qitələrarası uçuşu başa vurub.
Qaziler.az xəbər verir ki, bu barədə “PerthNow” məlumat yayıb.
Hadisə Sidneydən Los-Ancelesə gedərkən baş verib və sərnişinlər eniş etdikdən sonra dəliyi aşkar ediblər.
Təhlükəsiz enişdən sonra təyyarənin sol tərəfində zədələnmə aşkar edilib. Aviaşirkət dərhal təyyarəni hərtərəfli yoxlama üçün uçuşu dayandırıb.
Aviaşirkətin sözçüsü bildirib ki, mühəndislər zədələnmiş lövhəni dəyişdirməyə başlayıblar.
Qeyd olunur ki, bəzi sərnişinlər uçuş zamanı bort elektrik sistemində problemlərin olduğunu da bildiriblər, lakin aviaşirkət bu nasazlığın qanadın zədələnməsi ilə əlaqəli olduğuna inanmadığını qeyd edib.
QAZİLER.AZ



