Sankt-Peterburqda hərbi gəminin partlaması nəticəsində 1 nəfər həlak olub, 3 nəfər yaralanıb. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Hadisə “Severnaya Verf” zavodunda baş verib. Hələlik partlayışın nəyə görə baş verdiyi bilinmir.
Qeyd edək ki, “Severnaya Verf” Rusiyanın ən böyük gəmiqayırma zavodlarından biridir. Partlayan hərbi gəminin adı açıqlanmır.