Ukraynalı blogerlər ABŞ-dan deportasiya edildi

Ukraynalı blogerlər ABŞ-dan deportasiya edildi backend

Rusiyada məşhur Amerika peçenyesi "Crumbl Cookies" haqqında rəyləri ilə tanınan ukraynalı blogerlər Zaxar və Angelina Pavelko ABŞ-dan deportasiya ediliblər.

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, cütlük bu barədə TikTok-da məlumat veriblər.

Pavelko bildirib ki, əri ilə birlikdə əşyalarını yığıb ölkəni tərk etmək üçün düz bir gün vaxtları olub. "Bizim çoxlu əşyalarımız var: üç çamadan, iki əl yükü və hər biri təxminən 25 kiloqram ağırlığında üç bağlama", - deyə o, təəssüflə bildirib.

O, hadisənin əlavə təfərrüatlarını açıqlamayıb.

QAZİLER.AZ