Komandaları Premyer Liqadan düşən futbol azarkeşləri stadionu yandırıblar

Komandaları Premyer Liqadan düşən futbol azarkeşləri stadionu yandırıblar backend

Finlandiyada "Haka" azarkeşləri komanda Premyer Liqadan düşdükdən sonra stadionu yandırıblar.

Finlandiyanın "Haka" futbol klubunun azarkeşləri komandanın ölkənin Premyer Liqasından düşməsindən sonra stadionun tribunasını yandırıblar.

Qaziler.az bildirir ki, bu barədə "Yle" qəzetinin verdiyi məlumatda deyilir.

İdmançılar liqa turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Qeyd edək ki, hüquq-mühafizə orqanları hadisəni vandalizm kimi qiymətləndirib. Yanğın bitişik tribunalara yayılmayıb. Hadisə nəticəsində süni örtüyə ziyan dəymiş ola bilər. Xəsarət alanlar barədə məlumat verilməyib.

QAZİLER.AZ