Avstriya İslam İcması (IGGÖ) parlamentin 14 yaşdan kiçik uşaqların məktəblərdə hicab taxmasını qadağan edən qanun layihəsini təsdiqləməsinə reaksiya verərək qərarı Konstitusiya Məhkəməsinə göndərəcəyini açıqladı.
Qaziler.az TRT-Haber-ə istinadən xəbər verir ki, Milli Şura 14 yaşdan kiçik uşaqların məktəblərdə hicab taxmasını qadağan edən qanun layihəsinə səs verdi.
Qanun layihəsi Yaşıllar Partiyası istisna olmaqla, bütün partiyaların lehinə səs verməsi ilə təsdiqlənib.
Qanuna əməl etməyən uşaqların valideynləri üçün 150 avrodan 800 avroya qədər cərimə nəzərdə tutan qayda sanksiyaların 2026/2027 tədris ilindən etibarən tətbiq olunmasına imkan verir.
QAZİLER.AZ



